...

Çində ikinci internet-məhkəmə açıldı

Dünya xəbərləri Materials 10 Sentyabr 2018 20:00 (UTC +04:00)
Pekində internet-məhkəmə açılıb.
Çində ikinci internet-məhkəmə açıldı

Bakı. Trend:

Pekində internet-məhkəmə açılıb. Trend-in məlumatına görə, bu, Çin ərazisində ikinci belə məhkəmədir.

İnternet-məhkəmənin rəsmi olaraq sentyabrın 9-da "internet əsrində ədliyyə sahəsində yeni tələbatlara konstruktiv cavab" qismində açıldığı bildirilir.

Məhkəmə "işin internet vasitəsilə verilməsi və baxılması" prinsipi ilə işləyəcək. Yəni artıq məhkəməyə gəlməyə, məhkəmə prosedurlarında iştirak etməyə ehtiyac qalmayacaq. Dinləmə və məhkəmə hökmünün elanı da real vaxt rejimində onlayn videoyayım vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, ölkədə ilk internet-məhkəmə ötən ilin avqustunda Çjeszyan əyalətinin Hançjou şəhərində açılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti