...

Filippində "Manqhut" qasırğası nəticəsində həlak olanların sayı 25-ə çatıb

Dünya xəbərləri Materials 16 Sentyabr 2018 12:21 (UTC +04:00)
Filippində "Manqhut" qasırğası nəticəsində ən azı 25 nəfər həlak olub.
Filippində "Manqhut" qasırğası nəticəsində həlak olanların sayı 25-ə çatıb

Bakı. Tural Turan - Trend:

Filippində "Manqhut" qasırğası nəticəsində ən azı 25 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Frensis Tolentino məlumat yayıb.

Daha əvvəl qasırğanın 12 nəfərin həyatına son qoyduğu bildirilirdi. Qeyd edilir ki, təbii hadisə zamanı daha 13 nəfər itkin düşüb.

Sentyabrın 15-də "Manqhut" qasırğasının ölkənin şimal-şərq sahillərinə çatdığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti