...

Myanmada 40-dan çox məhbus qaçdı

Dünya xəbərləri Materials 17 Sentyabr 2018 13:06 (UTC +04:00)
Myanmanın cənub-şərqindəki Karen ştatında yerləşən həbsxanadan 41 məhbus qaçıb
Myanmada 40-dan çox məhbus qaçdı

Bakı. Trend:

Myanmanın cənub-şərqindəki Karen ştatında yerləşən həbsxanadan 41 məhbus qaçıb.

Trend-in məlumatına görə, məhbuslar zibildaşıyan maşını ələ keçirib və darvazanı sındıraraq həbsxanadan qaça biliblər.

Qeyd olunur ki, məhbuslardan 10 nəfəri ilk gün ərzində tapılıb. Məhbusların qaçırdığı maşın da həbsxanadan 200 kilometr məsafədə tapılıb.

Hazırda digər məhbusların axtarışları aparılır. Onların Tailanda keçə biləcəkləri istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti