...

Kim Çen In Cənubi Koreya prezidentini hava limanında qarşılayıb (VİDEO)

Dünya xəbərləri Materials 18 Sentyabr 2018 06:53 (UTC +04:00)
KXDR lideri Kim Çen In bu il keçiriləcək üçüncü Koreya dövlətlərarası sammitində iştirak etmək üçün Pxenyana gələn Cənubi Koreya prezidenti Mun Çje İni hava limanında şəxsən qarşılayıb
Kim Çen In Cənubi Koreya prezidentini hava limanında qarşılayıb (VİDEO)

Bakı. Tural Turan - Trend:

KXDR lideri Kim Çen In bu il keçiriləcək üçüncü Koreya dövlətlərarası sammitində iştirak etmək üçün Pxenyana gələn Cənubi Koreya prezidenti Mun Çje İni hava limanında şəxsən qarşılayıb.

Trend-in məlumatına görə, iki ölkə lideri birgə təyyarənin pilləkənləri önündə çıxaraq qucaqlaşıblar.

Sammit zamanı Mun Çje İn və Kim Çen In münasibətlərin bundan sonra da yaxşılaşdırılması, yarımadanın nüvəsizləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, tərəflər bölgədə hərbi gərginliyin zəiflədilməsi barədə də danışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti