Bakı. Tural Turan - Trend:
Amerikanın Pensilvaniya ştatında avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb.
Trend-in məlumatına görə, partlayış sentyabrın 30-da Allentaun şəhərində baş verib.
"Cinayətkarın hadisə nəticəsində öldürüldüyünə inamımız yüksəkdir", - prokuror Cim Martin bildirib.
Hadisənin şənbə günü yerli vaxtla saat 9:30-da baş verdiyini bildirilirdi. Yerli polisin məlumatına görə, artıq rayon sakinlərinin həyatı üçün bir təhlükə yoxdur.