...

İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 1 Oktyabr 2018 10:42 (UTC +04:00)
İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb.
İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb

Bakı. Trend:

İndoneziyada baş vermiş zəlzələdən sonra Mərkəzi Sulavesi vilayətində yerləşən həbsxanalardan ən azı 1200 məhkum qaçıb.

Trend-in məlumatına görə, faktı İndoneziya Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi təsdiq edib.

O, əmin olduğunu bildirib ki, məhbuslar yeraltı təkanlar nəticəsində zərər çəkməkdən qorxduqları üçün qaçıblar: "Aydındır ki, bu onlar üçün ölüm-dirim məsələsi idi".

Dunqala rayonunda 343 məhkumun qaçdığı həbsxanada isə zəlzələdən sonra yanğın baş verib. Onların əksəriyyəti korrupsiya və narkotiklərlə əlaqədar cinayətlərə görə həbs edilib.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1200-dən çox insan həlak olub, yüzlərlə ağır yaralı var. Ən azı 16 min yerli sakin evlərini tərk etməyə məcbur olub, minlərlə ev, mehmanxana, ticarət mərkəzi dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti