...

İranda bir şirkət cəzalandırıldı – qaçaqmalçılığa görə

Dünya xəbərləri Materials 20 Oktyabr 2018 17:51 (UTC +04:00)
İranın Yəzd vilayətində bir şirkət qaçaqmalçılıq ittihamı ilə 181 min dollar cərimə ödəməyə məhkum olunub.
İranda bir şirkət cəzalandırıldı – qaçaqmalçılığa görə

Bakı. Elnur Bağışov - Trend:

İranın Yəzd vilayətində bir şirkət qaçaqmalçılıq ittihamı ilə 181 min dollar cərimə ödəməyə məhkum olunub.

Trend-in məlumatına görə, İranın Yəzd Vilayəti Dövlət Şəri Cəzalardan Kənar Cinayətlər İdarəsinin baş direktoru Qulamrza Salari deyib.

Onun sözlərinə görə, Yəzd vilayətinin qaçaqmalçılıq məhsulları ilə mübarizə üzrə istintaq polisi bir yük maşınında LED lampaları aşkarladıqdan sonra bu haqda məhkəməyə raport ünvanlayıb. Şəhid Mədəni Mehriz şöbəsində cinayət işi araşdırılıb və birinci instansiya məhkəməsinin qərarı verilib. Həmin şirkətin icra direktoru 1 il şirkət fəaliyyətindən məhrum edilib və 181 min dollar cərimə ödəməyə məhkum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti