Bakı. Trend:
“İnstagram” mobil tətbiqinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Avropa, Şimali və Cənub Amerika və Asiya ölkələrində müşahidə edilir. Qüsurlarla həmçinin Rusiya sakinləridə üzləşiblər, problemlər haqqında Moskva və Sankt-Peterbuq sakinləri xəbər verir.
Bildirilir ki, istifadəçilərin şikayətlərinin 61 faizi xəbər lentinin yenilənməməsi, 20 faizi sosial şəbəkənin "web" versiyasında problemlərin olmağı, 17 faizi isə öz akkauntları ilə sosial şəbəkəyə daxil ola bilməmələri ilə bağlıdır.