...

Zəlzələ adanın yerini dəyişdi

Dünya xəbərləri Materials 30 Oktyabr 2018 15:58 (UTC +04:00)
Yunanıstanın Zakintos adası bir neçə gün əvvəl baş vermiş güclü zəlzələ nəticəsində yerini 3 santimetr dəyişib
Zəlzələ adanın yerini dəyişdi

Bakı. Trend:

Yunanıstanın Zakintos adası bir neçə gün əvvəl baş vermiş güclü zəlzələ nəticəsində yerini 3 santimetr dəyişib.

Trend-in məlumatına görə, bölgədə oktyabrın 26-a keçən gecə 6,4 bal gücündə zəlzələ baş verib.

Hadisə nəticəsində dağıntı və ya itkilər qeydə alınmasa da, sakinlər gecəni küçədə keçirməli olub.

Bölgədə bu gün səhər saatlarında da 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti