Bakı. Trend:
Hindistan bu gün axşam saatlarında "Agni-1" ballistik raketini uğurla sınaqdan keçirib.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti müdafiə nazirliyindəki mənbələrə istinadla xəbər verir.
Qəzetin məlumatına əsasən, "yer-yava" sinfindən olan ballistik raket Odişa ştatı sahillərində,Əbdül Kəlam adasında yerləşən poliqonda sınaqdan keçirilib.
Qeyd olunur ki, bütün təlim hədəfləri sınaqlar zamanı vurukub.
"Agni 1" ballistik raketi çəkisi 1 tona qədər olan müxtəlif partlayıcı başlıqları, o cümlədən nüvə başlığı daşıya bilir.