...

Əfqanıstanda vertolyot qəzası: 25 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 31 Oktyabr 2018 11:04 (UTC +04:00)
Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb.
Əfqanıstanda vertolyot qəzası: 25 ölü (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:38-də yayılıb)

Bakı. Trend:

Əfqanıstanın Fərəh vilayətində vertolyotun qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.

Trend-in məlumatına görə, ölənlərin arasında məmurların da olduğu bildirilir.

Qəzanın səbəbi hələ məlum deyil.

X X X

10:38

Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə ölkənin qərbində, Fərəh vilayətində baş verib.

"Pajhwok" agentliyi qəza nəticəsində ölənlərin olduğunu istisna etmir.

"1TV" telekanalı xəbər verir ki, vertolyotun göyərtəsində 20 nəfər, o cümlədən vilayət şurasının rəhbəri olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti