...

Ankarada PKK üçün kürdlərdən pul toplayanlara qarşı əməliyyat keçirildi

Dünya xəbərləri Materials 6 Noyabr 2018 10:06 (UTC +04:00)
Türkiyə polisi Ankarada xüsusi əməliyyat keçirib.
Ankarada PKK üçün kürdlərdən pul toplayanlara qarşı əməliyyat keçirildi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə polisi Ankarada xüsusi əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat PKK terror təşkilatı üçün kürd iş adamlarından pul toplayan şəxslərə qarşı hazırlanıb.

Məlumata görə, əməliyyat çərçivəsində bu işlə məşğul olan 21 nəfər saxlanılıb.

Əməliyyata 300-dən çox polisin cəlb olunduğu qeyd edilir.

Həmçinin Türkiyənin başqa şəhərlərində də PKK terror təşkilatına qarşı əməliyyat keçiriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti