Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatının şimalı Paradays şəhərində meşə yanğınları minlərlə evi məhv edib.
Trend-in "Paradise Post" qəzetinə istinadən verdiyi məlumata əsasən, yanğın nəticəsində ölənlər var. Qeyd olunur ki, yanğın artıq 7,2 min hektardan çox əraziyə yayılıb.
Hakimiyyət Paradaysın bütün əhalisi - 27 min nəfərin təxliyəsini elan edib. Regionda ümumi 50 minə yaxın adam təxliyə olunub.