...

Yunanıstanda körpü uçuldu

Dünya xəbərləri Materials 10 Noyabr 2018 17:38 (UTC +04:00)
Yunanıstanın Kavala şəhərində avtomobil körpüsü uçulub.
Yunanıstanda körpü uçuldu

Bakı. Trend:

Yunanıstanın Kavala şəhərində avtomobil körpüsü uçulub. Trend-in məlumatına görə, xəsarət alanlar barədə məlumat verilməyib. Bununla belə, körpü uçularkən hadisə yerində olan minik avtomobili və avtokrana ziyan dəydiyi deyilir.

İnsidentdən sonra ərazidə avtomobillərin böyük tıxacı yaranıb.

Uçmaya səbəb kimi körpünün üstündən 50 tonluq avtokranın keçməsi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti