...

ABŞ-da propan daşıyan qatar relsdən çıxıb

Dünya xəbərləri Materials 19 Noyabr 2018 01:36 (UTC +04:00)
ABŞ-ın Corciya ştatının Bayromvil şəhərində propan daşıyan qatarın vaqonları relsdən çıxıb.
ABŞ-da propan daşıyan qatar relsdən çıxıb

Bakı. Trend:

ABŞ-ın Corciya ştatının Bayromvil şəhərində propan daşıyan qatarın vaqonları relsdən çıxıb.

Trend-in "WMAZ-TV" telekanalına istinadən verdiyi məlumata əsasən, vaqonlar relsdən çıxaraq körpüdən aşağı düşüb, yerli hakimiyyət şəhər əhalisini təxliyə etmək qərarına gəlib.

2 lokomotiv, 72 yüklü və 69 boş vaqondan ibarət qatar şosse üzərindən keçən körpü ilə hərəkət edirdi. Həmin anda 15-30 vaqon relsdən çıxaraq yol üzərində aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti