...

İranda gəmi qəzaya uğrayıb - Ölənlər var

Dünya xəbərləri Materials 19 Noyabr 2018 17:22 (UTC +04:00)
Hazırda axtarış əməliyyatı aparılır.
İranda gəmi qəzaya uğrayıb - Ölənlər var

Bakı. Elnur Bağışov - Trend:

İranda yük gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Trend-in məlumatına görə, İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi İsmayıl Məkkizadə deyib ki, şüşə materialı daşıyan gəmi Əbu Musa adasından 7 mil şərqdə hərəkətini dayandırıb. Onun sözlərinə görə, iki xilasetmə gəmisi, hərbi gəmilər və bir ədəd texniki gəmi 5 dənizçinin xilası üçün hadisə yerinə göndərilib.

"Bir gəmi xidmətçisi xilas edilib, 2 dənizçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılıb, 2-nin meyiti isə axtarılır. Hazırda axtarış əməliyyatına havadan da dəstək göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti