...

İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb (YENİLƏNİB) (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 26 Noyabr 2018 12:54 (UTC +04:00)
İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot qəzaya uğrayıb.
İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb (YENİLƏNİB) (FOTO/VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:38-də yayılıb)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot binaların arasına düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 hərbçi ölüb, 1-i yaralanıb.

Sancaqtəpə bələdiyyəsinin sədri İsmayıl Erdem vertolyotun təlim uçuşu üçün havaya qalxdığını, yaxınlıqda hərbi hissənin olduğunu bildirib.

X X X

12:38

İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, vertolyot yaşayış məntəqəsinə düşüb. Üç hərbçinin həlak olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti