...

Avstraliyada meşə yanğınları tüğyan edir: Yerli hakimiyyət çarəsiz qalıb

Dünya xəbərləri Materials 28 Noyabr 2018 12:33 (UTC +04:00)
Avstraliyanın Kvinslend ştatında meşə yanğınları tüğyan edir.
Avstraliyada meşə yanğınları tüğyan edir: Yerli hakimiyyət çarəsiz qalıb

Bakı. Trend:

Avstraliyanın Kvinslend ştatında güclü istilərin səbəb olduğu meşə yanğınları tüğyan edir.

Trend-in məlumatına görə, alovlara bürünən sahə artıq 20 min hektara çatıb. Yanğın fövqəladə vəziyyət səviyyəsindədir.

Yerli hakimiyyət sakinlərin təhlükəsizliyinə artıq zəmanət verə bilmədiklərini bəyan edib. Bir sıra rayonlarda təxliyənin mümkün olmadığı bildirilir.

Yanğın ərazisində qalanlara mühafizə paltarı geyinmək, pəncərə və qapıların altına nəm dəsmal qoymaq kimi məsləhətlər verilir.

Polis güclü yanğın səbəbindən alovlu qasırğanın yarana biləcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, bu vəziyyətdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün olacaq.

Qeyd edək ki, ötən həftənin şənbə günündən davam edən güclü yanğınlarla mübarizəyə 8 təyyarə, o cümlədən 15 min litr su tökmək gücü olan iri yanğın təyyarəsi cəlb edilib.

Hadisə nəticəsində bir xeyli ev dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti