Bakı. Trend:
Gürcüstanda keçirilmiş prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.
Trend-in məlumatına görə, səslərin 100 faizi sayılıb.
Nəticələrə görə, xanım S.Zurabişvili 59,52 faiz səs toplayıb. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.
S.Zurabişviliyə 1,1 milyon seçici səs verib. Seçkilərdə iştirak faizi 56,223 faiz təşkil edib.
Qeyd edək ki, Salome Zurabişvili 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışıb. 2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib. Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə “Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib.