...

ABŞ Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Dünya xəbərləri Materials 29 Noyabr 2018 22:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Avropa İttifaqını (Aİ) İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Trend-in məlumatına görə, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

B.Huk deyib: "Biz bütün ölkələri, xüsusən də Avropa İttifaqını, Aİ tərəfindən raket sanksiyalarını tətbiq etməyə çağırırıq ki, biz də öz növbəmizdə regional münaqişənin yaranma risklərini tənzimləməyə başlaya bilək".

Huk əlavə edib ki, ABŞ İranın raketlərin işlənilməsini və buraxılışını artırdığını düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti