...

Lissabonda tramvay relsdən çıxıb, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 15 Dekabr 2018 04:18 (UTC +04:00)
Portuqaliyanın paytaxtı Lissabonda tramvay relsdən çıxıb
Lissabonda tramvay relsdən çıxıb, çox sayda xəsarət alan var

Bakı. Trend:

Portuqaliyanın paytaxtı Lissabonda tramvay relsdən çıxıb.

Trend-in məlumatına görə, yerli vaxtla saat 18:00-da Lapa rayonunda baş verən hadisə nəticəsində azı 28 nəfər xəsarət alıb.

Bildirilir ki, tramvay döngəyə girdiyi zaman aşıb. Hadisə yerinə 50-dən artıq xilasedici cəlb edilib.

Xilasedicilərin sözlərinə görə, sərnişinlərin xəsarətləri ciddi deyil. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti