...

Türkiyədə milli idarəolunan raket istehsal olunub

Dünya xəbərləri Materials 20 Dekabr 2018 20:48 (UTC +04:00)
Türkiyədə “Bora” milli idarəolunan raketi istehsal olunub.
Türkiyədə milli idarəolunan raket istehsal olunub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə “Bora” milli idarəolunan raketi istehsal olunub.

Trend-in məlumatına görə, bunu ölkənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Demir deyib.

İ.Demirin sözlərinə görə, “Bora” raketləri vasitəsilə 280 kilometr məsafədəki hədəfi dəqiq zərbə ilə məhv etmək mümkündür.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin müdafiə sənayesinin gücləndiriləcəyini və bu sahədə Türkiyənin dünya liderinə çevriləcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti