Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Pentaqona Əfqanıstandan təxminən 7 min amerikalı hərbçinin çıxarılması ilə bağlı hazırlıq işlərinə başlamağı əmr edib. Trend-in məlumatına görə, bu, Əfqanıstandkı amerikalı hərbçilərin təxminən tən yarısı olacaq. Belə ki, hazırda ABŞ-ın Əfqanıstanda təxminən 14 min hərbçisi var.
Mənbələrin sözlərinə görə, 7 min hərbçinin çıxarılması təxminən bri neçə ay çəkə bilər.
Qeyd edək ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.