...

Fransada etiraz aksiyalarının iştirakçılarının sayı 38 mini keçib

Dünya xəbərləri Materials 23 Dekabr 2018 01:22 (UTC +04:00)

Bakı. Trend:

Fransada "sarı jiletlər"in yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında təxminən 39 min insan iştirak edib.

Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 18:00 üçün etiraz aksiyalarında 38,6 min insan iştirak edib. Ötən şənbə günü keçirilən aksiyalarda isə 66 min insan iştirak etmişdi.

Telekanalın məlumatına əsasən, bütün Fransada etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb. Onlardan 81-i həbs edilib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Xəbər lenti

Xəbər lenti