...

Braziliyada polis vertolyotu körfəzə düşdü

Dünya xəbərləri Materials 14 Yanvar 2019 19:12 (UTC +04:00)
Braziliyada hərbi polis vertolyotu Rio-de-Janeyroda Quanabara körfəzinə düşüb.
Braziliyada polis vertolyotu  körfəzə düşdü

Bakı. Trend:

Braziliyada hərbi polis vertolyotu Rio-de-Janeyroda Quanabara körfəzinə düşüb. Trend-in məlumatına görə, vertolyotun göyərtəsində olan 4 nəfər xilas edilib.

Bildirilir ki, qəzaya uğrayan "Fenix 08" vertolyotu iki meqapolisi birləşdirən "Qırmızı xətt" avtomagistralına nəzarət edirmiş.

Vertolyotun hansı səbəbdən körfəzə düşməsi məlum deyil. Araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti