...

Venesuela müxalifətinin lideri özünü prezidentin səlahiyyətlərini icra edən elan edib

Dünya xəbərləri Materials 23 Yanvar 2019 23:01 (UTC +04:00)
Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib
Venesuela müxalifətinin lideri özünü prezidentin səlahiyyətlərini icra edən elan edib

Bakı. Trend:

Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib.

Trend-in məlumatına görə, bu barədə X.Quaydo müxalifətin Karakasın Çakao rayonunda keçirilən mitinqi zamanı bildirib.

X.Quaydo deyib: "Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp X.Quaydo artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Xəbər lenti

Xəbər lenti