...

Əfqanıstanda sutka ərzində 30 silahlı məhv edilib

Dünya xəbərləri Materials 11 Fevral 2019 00:21 (UTC +04:00)
Əfqanıstanda müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı sutka ərzində "İŞİD-Xorasan" terror qruplaşmasının və "Taliban" radikal hərəkatının 30 üzvü məhv edilib
Əfqanıstanda sutka ərzində 30 silahlı məhv edilib

Bakı. Trend:

Əfqanıstanda müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı sutka ərzində "İŞİD-Xorasan" terror qruplaşmasının və "Taliban" radikal hərəkatının 30 üzvü məhv edilib.

Trend-in məlumatına görə, bu barədə "Khaama Press" agentliyi öz mənbəsinə istinadən xəbər verir.

Agentliyin mənbəsi bildirib: "Koalisiyanın Nanqahar əyalətinin Hocani rayonuna endirdiyi hava zərbəsi nəticəsində "İŞİD-Xorasan" qruplaşmasının 2 üzvü məhv edilib. Hilmend əyalətinin Vaşer qəzasında, Bəlx əyalətinin Şamtal qəzasında aparılan analoji əməliyyatlar zamanı daha 7 terrorçu məhv edilbi".

Onun sözlərinə görə, koalisiya qüvvələrinin Qazni əyalətində keçirdiyi reyd zamanı "Taliban"ın 4 üzvü məhv edilib.

Bundan əlavə, Əfqanıstanın xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı Tarinkot şəhərində 13, Kunar və Paktiya əyalətlərində isə 4 "Taliban" üzvü məhv edilib.

Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları və dinc sakinlər arasında ölən və yaralananların olması barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti