...

Müğənni Keti Perri və aktyor Orlando Blum nişanlanıb

Dünya xəbərləri Materials 16 Fevral 2019 06:14 (UTC +04:00)
Britaniyalı aktyor Orlando Blum və amerikalı müğənni Keti Perri nişanlanıb.
Müğənni Keti Perri və aktyor Orlando Blum nişanlanıb

Bakı. Tural Turan - Trend:

Britaniyalı aktyor Orlando Blum və amerikalı müğənni Keti Perri nişanlanıb. Trend-in məlumatına görə, Sevgililər günündən dərhal sonra cütlük birgə fotonu İnstagram sosial şəbəkəsində paylaşıb.

“Ömür boyu”, - deyə Blum qeyd edib.

Cütlük 2016-cı ildə tanış olub. Bir müddət cütlük ayrılsa da, sonradan yenidən bir araya gəlib.

Xatırladaq ki, həm Perri, həm də Blum daha əvvəl ailə həyatı qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti