...

Ağ Ev ABŞ və KXDR arasında keçiriləcək sammitinin məqsədini açıqlayıb

Dünya xəbərləri Materials 22 Fevral 2019 01:19 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır
Ağ Ev ABŞ və KXDR arasında keçiriləcək sammitinin məqsədini açıqlayıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında Hanoyda keçiriləcək sammitlə bağlı yaydığı bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Böyük imkanlar: Prezident Donald Tramp Koreya yarımadasının və dünyanın bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır. Sammitin məqsədi - Sinqapurda iki liderin üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində gələcək irəliləyiş: münasibətlərin dəyişdirilməsi, möhkəm və sabit dünya və Koreya yarımadasının tam denuklearizasiyası".

Qeyd edək ki, ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoyda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti