...

Suriyaya sutka ərzində 900-ə yaxın qaçqın qayıdıb

Dünya xəbərləri Materials 24 Fevral 2019 20:24 (UTC +04:00)
Xarici ölkələrdən sutka ərzində Suriyaya 864 qaçqın qayıdıb
Suriyaya sutka ərzində 900-ə yaxın qaçqın qayıdıb

Bakı. Trend:

Xarici ölkələrdən sutka ərzində Suriyaya 864 qaçqın qayıdıb.

Trend-in məlumatına görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 152 qaçqın, İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 712 qaçqın öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 1020 Suriya vətəndaşı qayıdıb.

Bildirilir ki, sutka ərzində Əl-Kuneytra, Deraa və Hama əyalətlərində 5 yaşayış evi, Deyr-əz-Zor əyalətində xəstəxana, Dəməşq əyalətində isə sənaye müəssisəsi bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti