Bakı. Trend:
Əlcəzair müxalifəti ölkə prezidenti Əbdüləziz Buteflikanın istefasını tələb edib.
Trend-in məlumatına görə, 82 yaşlı Ə.Buteflika 5-ci dəfə ölkə prezidentliyinə nazmizədliyini vermək istəyir. Lakin buna etiraz edən qüvvələr Konstitusiya Şurasının qarşısına toplaşaraq "Xalq krallıq yox, respublika istəyir!" şüarlarını səsləndiriblər.
Qeyd edək ki, Əlcəzairin Konstitusiya Şurası aprelin 18-də keçiriləcək prezident seçkilərində namizədliyinin qeydə alınması üçün Ə.Buteflikanın sənədlərini qəbul edib.