...

BMT: Qolan yüksəkliklərinin statusu dəyişməzdir

Dünya xəbərləri Materials 22 Mart 2019 21:37 (UTC +04:00)

Bakı. Trend:

BMT Qolan yüksəkliklərinin statusu barədə mövqeyini dəyişməyib.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib.

O bildirib ki, məsələ konkret şəkildə öz əksini Təhlükəsizlik Şurasının müvafiq qətnaməsində tapıb: "Qolan yüksəkliklərinin statusu dəyişməyib".

Qeyd edək ki, D.Tramp "Twitter" səhifəsində Birləşmiş Ştatların Qolan yüksəklikləri üzərində İsrailin tam suverenliyini tanımasının vaxtı gəlib çatdığını yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti