...

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

Dünya xəbərləri Materials 24 Mart 2019 08:35 (UTC +04:00)
Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

Bakı. Trend:

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "G1" xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə istinadən xəbər verir. Daha əvvəl 207 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara əsasən, 98 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti