Bakı. Trend:
Qazaxıstan Müdafiə Nazirliyinin qəzaya uğrayan Mİ-8 vertolyotunun ekipaj üvlərinin hamısı həlak olub.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokaev "Twitter" səhifəsində yazıb.
Vertolyotun göyərtəsində 13 nəfər olub.
X X X
Qazaxıstan Müdafiə Nazirliyinin Mİ-8 vertolyotu Qızılorda əyalətində qəzaya uğrayıb.
Trend-in məlumatına görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar komitəsinin rəsmisi bildirib ki, vertolyot naməlum şəraitdə düşüb və tamamilə yanıb.
Qəzanın səbəbləri araşdırılır.
Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, uçuş "Altın jebe" xüsusi birləşmələrinin qaranlıq və əlverişsiz hava şəraitində təlimi çərçivəsində həyata keçirilib:
"İlkin məlumata görə, ölənlər var. Hazırda onların sayı müəyyənləşdirilir".