...

İtaliyada "Qadınlar adası" 1 milyon avroya satılır

Dünya xəbərləri Materials 29 Mart 2019 14:45 (UTC +04:00)

Bakı. Trend:

Siciliya sahillərindən 300 metr məsafədə, həmçinin Palermo yaxınlığında yerləşən "Qadınlar adası" ("Isola delle Femmine") 1 milyon avroya satılır.

Trend-in məlumatına görə, bu şəxsi mərcan adasının qiyməti əvvəlcə 3,5 milyon avro idi, lakin heç kimin marağına səbəb olmadığını görən sahibləri qiyməti 1 milyon avroya qədər aşağı salıblar.

Adanın sərmayəyə ehtiyacı var, belə ki, ərazidə yalnız XVII əsrə aid yarıdağılmış daş qüllə var.

Ada ilə bağlı əfsanədə deyilir ki, qədim dövrlərdə evlərindən qovulmuş 13 türk qadın adaya sığınıb və burada xoşbəxt ömür sürüblər. "Qadınlar adası" adı da elə bu əfsanədən götürülüb.

"Isola delle Femmine" dayvinq üçün əlverişli yer kimi də tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti