...

İranın şərqində 1 tonadək narkotik aşkarlandı

Dünya xəbərləri Materials 1 Aprel 2019 14:12 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı və Cənubi Xorasan vilayətlərinin sərhədçiləri 1 tona yaxın narkotik maddə aşkarlayıblar.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı sərhəd xidmətinin rəisi Maşallah Cannesar deyib.

M.Cannesarın sözlərinə görə, əməliyyat nəticəsində 943 kq tiryək, 46 kq həşiş və bir ədəd ov silahı aşkarlanaraq götürülüb.

İranın Rəzəvi Xorasanı vilayəti Türkmənistan və Əfqanıstan, Cənubi Xorasan vilayəti isə Əfqanıstanla sərhəddə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti