Bakı. Trend:
Ermənistanın "Yüksəkvoltlu elektrik şəbəkələri" QSC-də qeyri-adi təyinat olub.
Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Arsen Qabrielyan bu dövlət təşkilatının Qərb filialına (Gümrü) direktor təyin edilib.
Maraqlıdır ki, A.Qabrielyan SES rəhbəri olarkən 2016-cı ilin 29 fevralında istehsalatda böyük məbləğdə vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılmışdı.
İstintaq Komitəsinin məlumatına əsasən, ümumilikdə 95 milyon dram (təqribən 196 min dollar) mənimsənilmişdi. Sonra işə xitam verilmiş, belə ki, zərər "Ermənistan elektrik şəbəkələri" QSC-yə ödənilmişdi.