...

ABŞ vitse-prezidenti ölkəsinin Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 4 Aprel 2019 06:19 (UTC +04:00)
Vaşinqton əvvəlki kimi Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır
ABŞ vitse-prezidenti ölkəsinin Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Bakı. Trend:

Vaşinqton əvvəlki kimi Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

M.Pens deyib: "Amerika Rusiya ilə dialoq üçün açıqdır və ümid edir ki, onlar orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmaya tam riayət olunmasına yol tapa biləcək".

Vitse-prezident əlavə edib ki, Rusiya razılaşmanın şərtlərini pozan raketi məhv etmək istəmir: "bizim razılaşmadan çıxmamız barədə 6 ay əvvəldən yazılı şəkildə xəbərdarlıq etməkdən başqa yolumuz yox idi".

Xatırladaq ki, oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu razılaşmadan çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşma 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti