...

Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur

Dünya xəbərləri Materials 4 Aprel 2019 10:44 (UTC +04:00)
Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur.
Türkiyədə təkrar bələdiyyə seçkilərinin keçirilməsi təklif olunur

Bakı. Rufiz Hafizoğlu - Trend:

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə hakimiyyətini ölkənin iri şəhərlərində təkrar bələdiyyə seçkiləri keçirməyə çağırıb.

Trend-in məlumatına görə, D.Bahçeli təkrar bələdiyyə seçkilərinin keçirilməsinin Türkiyə qanunlarına zidd olmadığını bildirib:

"Təkrar seçkilər 31 mart seçkilərindən sonra meydana çıxan mənfi və mübahisəli məqamların aradan qaldırılmasına imkan verəcək".

İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək

İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək

Yerli KİV ölkə hakimiyyətinin D.Bahçelinin bu təklifinə baxa biləcəyini istisna etmir.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti