İranda 2 rayonun boşaldılmasına göstəriş verilib

Dünya xəbərləri Materials 7 Aprel 2019 05:38 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Xuzistan vilayəti fövqəladə hallar mərkəzi çayların daşması nəticəsində 2 rayonun tam şəkildə boşaldılmasına göstəriş verib.

Bu barədə Trend Fars İnformasiya Agentliyinə istinadən məlumat verib. Qeyd olunur ki, 2 rayon, 12 şəhər və 110 kəndin boşaldılmasına göstəriş verilib.

Kərxə və Dez su bəndlərinin dolması ilə kəndlər və şəhərlər məcburi şəkildə boşaldılıb.

Sel və daşqınlar indiyədək Xuzistan vilayətinin 20 rayonuna ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti