Bakı. Trend:
Türkiyənin Dənizli əyalətindəki tekstil fabrikində yerli vaxtla saat 03.30-da yanğın baş verib.
Trend-in məlumatına görə, alov parçaların üzərinə sıçrayıb və qısa müddət ərzində bütün fabriki əhatə edib.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri cəlb edilib.
Yanğınsöndürmə briqadaları yerində işini davam edir.