...

Türkiyədə 42 qeyri-leqal miqrant saxlanılıb

Dünya xəbərləri Materials 28 Aprel 2019 08:23 (UTC +04:00)
Türkiyənin sahil mühafizəsi Quşadası körfəzində 42 qeyri-leqal miqrantı saxlayıblar
Türkiyədə 42 qeyri-leqal miqrant saxlanılıb

Bakı. Trend:

Türkiyənin sahil mühafizəsi Quşadası körfəzində 42 qeyri-leqal miqrantı saxlayıblar.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, saxlanılan miqrantlar qeyri-qanuni yolla Yunanıstanın Samos adasına keçmək istəyirlərmiş.

Saxlanılanlar arasında Konqo, Suriya, Fələstin və Somali vətəndaşları var.

Qeyd edilir ki, saxlanılanların 15-i uşaqdır, 8-i isə qadın.

Xəbər lenti

Xəbər lenti