Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə saxlanılan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xüsusi xidmət orqanlarının əməkdaşı intihar edib.
Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
Onun İstanbulda Silivri həbsxanasında özünə qəsd etdiyi bildirilir.
Hadisənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, aprelin 19-da İstanbulda BƏƏ-nin iki casusu saxlanılıb. Onlar Səudiyyə Ərəbistanı konsulluğunun binasında səudiyyəli jurnalist Camal Xaşuqçinin qətlində iştirak ediblər.