...

Rusiyada qar uçqunu 7 nəfəri öldürdü

Dünya xəbərləri Materials 8 May 2019 08:42 (UTC +04:00)
Rusiya Federasiyasının Altay Respublikasında Cənubi-Çuysk dağ silsiləsində mayın 6-sı qar uçqunu baş verib
Rusiyada qar uçqunu 7 nəfəri öldürdü

Bakı. Trend:

Rusiya Federasiyasının Altay Respublikasında Cənubi-Çuysk dağ silsiləsində mayın 6-sı qar uçqunu baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 7 turist həlak olub, 2 turist isə sağ qala bilib.

Sağ qalan turistlər yalnız bu gün Koş-Ağac kəndinə çata biliblər.

Bildirilir ki, hadisə haqqında turistlər əlaqənin olmaması səbəbindən daha əvvəl xəbər verə bilməyiblər. Hadisə yerinə helikopter cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti