...

BVF Çin və ABŞ-ı gərginliyi tezliklə həll etməyə çağırıb

Dünya xəbərləri Materials 9 May 2019 22:20 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Çin və ABŞ-ı dünya ticarətinə təhdid olan qarşıdurmanı ən qısa müddətdə həll etməyə çağırır.
BVF Çin və ABŞ-ı gərginliyi tezliklə həll etməyə çağırıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Çin və ABŞ-ı dünya ticarətinə təhdid olan qarşıdurmanı ən qısa müddətdə həll etməyə çağırır.

Trend-in məlumatın görə, bu barədə jurnalistlərə Fondun nümayəndəsi Cerri Rays deyib.

Rays deyib: "Biz bütün tərəfləri beynəlxalq ticarət sistemini gücləndirəcək bir həlli tapmağa çağırırıq... Biz ümid edirik ki, bu müzakirələr tezliklə həll olunacaq".

Fond rəsmisi ümid edir ki, bu gərginlik bütün tərəfləri təmin edəcək variantda mümkün qədər tez həll ediləcək.

Xatirladaq ki, D.Tramp bildirib ki, mayın 10-də bir sıra Çin mallarının rüsümlarını 10%-dən 25%-dək artıracaq. ABŞ prezidenti digər mallar üçün rüsümların tətbiq edilməsini də istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti