Bakı. Trend:
London polisi, İlford rayonunda yerləşən odlu silahdan atəş açıldığı məscidə gəlib.
Trend-in məlumatına görə, bu barədə şəhər polisi öz "Tvitter" səhifəsində yazıb.
Qeyd edilir ki, polis əməkdaşları hal-hazırda atəş açıldığı ərazidədir, xəsarət alan yoxdu.
Həmçinin deyilir ki, polisin xeyli sayda mövcudluğu gecə ərzində davam edəcək.