...

Fil Dişi Sahilində icmalararası dava düşüb - Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 17 May 2019 16:40 (UTC +04:00)

Bakı. Trend:

Fil Dişi Sahilində icmalararası toqquşmalar neçə gündür ki, davam edir.

Trend-in məlumatına görə, Beumi şəhərindəki toqquşmalar nəticəsində 3 nəfər ölüb, 40-a yaxın adam yaralanıb. Başqa mənbələrdə isə ölənlərin sayının 7, yaralıların sayının isə 44 olduğu qeyd edilir.

Məlumata görə, mototaksi sürücüləri arasında baş vermiş mübahisə sonda böyük qarşıdurmaya çevrilib. Toqquşmalar nəticəsində mağaza və iaşə obyektlərinə də ziyan dəyib.

Toqquşmalar baş vermiş ərazilərə əlavə güc qüvvələri göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti