...

Bu il Tunisdə 4 mindən artıq miqrant saxlanılıb

Dünya xəbərləri Materials 15 İyun 2019 08:58 (UTC +04:00)
2019-cu ilin ilk 5 ayı ərzində Tunisdə Avropaya qanunsuz dəniz yolu ilə getmək istəyən azı 4128 nəfər saxlanılıb
Bu il Tunisdə 4 mindən artıq miqrant saxlanılıb

Bakı. Trend:

2019-cu ilin ilk 5 ayı ərzində Tunisdə Avropaya qanunsuz dəniz yolu ilə getmək istəyən azı 4128 nəfər saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri Hişam Furati deyib.

H.Furati bildirib: "2019-cu ilin ilk 5 ərzində respublikanın təhlükəsizlik qüvvələrinin müxtəlif bölmələri tərəfindən 350-si Kerkenna adası rayonunda olmaqla 965 qeyri-qanuni miqrasiya halının qarşısı alınıb. Əməliyyatlar zamanı 4128 nəfər saxlanılıb".

Onun sözlərinə görə, hazırda saxlanılarnlardan 438-i müxtəlif cinayətlər törətmək səbəbindən həbs edilib.

Nazir əlavə edib ki, qeyri-qanuni üsulla Avropaya getmək istəyən 490 miqrant itkin düşmüş sayılır.

Xatırladaq ki, 2018-ci ildə 2732 qeyri-qanuni miqrasiya halının qarşısı alınıb, 11400-dən artıq insan saxlanılıb.

Xəbər lenti

Xəbər lenti