Bakı. Trend:
Baykonurda "Proton-M" raketinin bu gün üçün nəzərdə tutulan buraxılışı təxirə salınıb. Trend-in məlumatına görə, "Roskosmos" raketin buraxılışını 1 sutka müddətinə ləngidib.
Raketin bu gün gündüz yerli vaxtla saat 15:17-də səmaya buraxılacağı nəzərdə tulmuşdu.
Məlumata görə, raket buraxılışa hazırlanarkən son anda nəzərə alınması vacib olan düzəliş ortaya çıxıb.