...

Kanadaya məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib

Dünya xəbərləri Materials 12 İyul 2019 06:15 (UTC +04:00)
Kanadanın "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib
Kanadaya məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib

Bakı. Trend:

Kanadanın "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, Vankuver-Sidney reysini həyata keçirən Boeing 777-200 avialayneri 10 min metr yüksəklikdə turbulentlik zonasına düşməsi səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.

Bildirilir ki, insident nəticəsində azı 35 sərnişin xəsarət alıb. Onlara təyyarə eniş etdikdən sonra tibbi yardım göstərilib. Ümumilikdə təyyarənin göyərtəsində 269 sərnişin və 15 heyət üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti